Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

02.09.2025

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda pul bazası 2025-ci ilin avqust ayında iyul ayının sonu ilə müqayisədə 121,2 milyon manat azalıb. 

Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 29.08.2025-ci il tarixində pul bazası 21 milyard 121.8 milyon manat təşkil edib.

Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat təşkil etmişdi. 2025-ci ilin 8 ayı ərzində pul bazası 205,3 milyon manat artıb.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Pul bazası (milyon manatla)

29.08.2025     21121.8

31.07.2025     21243.0

30.06.2025     21471.3

30.05.2025     20629.7

30.04.2025     20719.3

31.03.2025     21498.1

28.02.2025     19842.0

31.01.2025     20124.1

29.12.2024     20916.5

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью