Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

27.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9,5 faiz artıb.

Ödəniş kartlarında debet kartlarının sayı 11 faiz artıb, kredit kartlarının sayı isə 3,9 faiz azalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью