Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədəki notlarının dəyəri 2024-cü il iyulun 24-dən bəri ilk dəfə 1 milyard manatı keçib.
AMB-dən verilən məlumata görə, notların ümumi dəyəri avqustun 12-si ilə müqayisədə 127,5 milyon manat artaraq 1 milyard 70 milyon manata çatıb.
Xatırladaq ki, AMB 2022-ci il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir. Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 5,93, 5,87, 5,88 və 5,94 faizdir.
XQ