Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Nüfuzlu promouter Frenk Uorren ağır çəki kateqoriyası ilə bağlı fikirlərini bölüşüb.
Lent.az xəbər verir ki, Uorrenin fikrincə Oleksandr Usyk və Tayson Fury dövrümüzün ən yaxşı boksçularıdır:
"Əksər insanlar və ekspertlər Usykin ən yaxşı ağır çəkili boksçu olduğunu söyləyirlər. Usyk öz nəslinin ən yaxşısıdırsa, Tayson ikincidir. Bu ikisi əsrin ən yaxşı ağır çəki dərəcələridir, bu bir faktdır".