Dövrün əsas tələblərindən biri! | Icma.az
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır. İKT-nin inkişafı prioritetdir...
Hər bir cəmiyyətdə informasiya texnologiyalarının rolu hədsiz dərəcədə böyükdür.
İnformasiyalı cəmiyyətin inkişafı yeni texnologiyaların tətbiqi ilə sıx bağlıdır.
Xüsusilə də yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi ölkənin ümumi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu məqsədlə son illər respublikamızda informasiya texnologiyalarının tətbiqi ilə bağlı çox mühüm addımlar atılmaqdadır.
İKT-nin tətbiqinin genişləndirilməsi, elektron xidmətlərlə bağlı ciddi tədbirlərin görülməsi respublikamızın beynəlxalq hesabatlarda mövqeyinin yaxşılaşmasında mühüm rol oynayıb.
Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, baş verə biləcək bütün neqativ halların qarşısının alınmasına, dövlət idarəetmə sisteminin ən müasir standartlar səviyyəsinə yüksəltməyə imkan yaradır.
Son illər beynəlxalq təşkilatlar tərəfindən İKT ilə bağlı müsbət qiymətləndirmələr onu göstərir ki, Azərbaycan hökuməti qeyd olunan sahədə inkişafa təkan verən mühüm addımlar atıb.
Tam oxu
Xəbəri oxu