Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illər artıq çəki dünyanın ən vacib sağlamlıq problemlərindən biridir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada artıq çəki ilə yaşayan insanların sayı 1 milyardı keçib. "Cebheinfo.az" xəbər verir ki, bu rəqəmin təxminən 880-890 milyonu yuxarı yaşda insanlar təşkil edir.
159-160 milyondan çox uşaq və yeniyetmə piylənmə problemi ilə üzləşir. Dünyada hər 8 nəfərdən 1-nin artıq çəki ilə yaşadığı təxmin edilir. 1990-cı ildən bəri artıq çəki nisbəti böyüklərdə ikiqatdan çox, uşaqlarda və yeniyetmələrdə isə dördqat artıb.
Mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər dünyada təxminən 3 milyard insanın artıq çəki indeksinə sahib olacağı proqnozlaşdırılır.
"Rəqəmsal dünya”da doğulan uşaqlar da risk altındadır"
Mütəxəssislər texnoloji vasitələr və sosial media kanalları vasitəsilə həddindən artıq miqdarda məlumatın insanlarda “rəqəmsal piylənməyə” səbəb olduğunu söyləyirlər.
Bartın Universitetinin Sosial Elmlər Təhsili Bölümünün müdiri dosent Fatıma Betül Demir Evcimen rəqəmsal vasitələrdən və məlumat mənbələrindən həddindən artıq məzmun, bildiriş və ya məlumat qəbulunun “rəqəmsal piylənməyə” səbəb olduğunu bildirib. Rəqəmsal piylənməni dövrün ən böyük təhlükələrindən biri kimi xarakterizə edən Evcimen deyib:
“Telefonunuz olmayanda və ya internet kəsiləndə, narahatlıq hiss edirsinizsə, müxtəlif platformalarda seriallar kimi məzmunu dəfələrlə izləsəniz, foto çəkib sosial mediada paylaşsanız və tez-tez şərh və bəyənmələri izləsəniz, rəqəmsal piylənməyə meylli olduğunuzu deyə bilərik”.
Evcimen rəqəmsal dünyanın hər yaşdan olan insanlara təsir etdiyini, lakin sosial media və oyunlar kimi məzmuna ən çox məruz qalan qrupun gənclər olduğunu bildirib:
""Rəqəmsal dünya”da doğulan uşaqlar da risk altındadır". Evcimen ailələrin rəqəmsal vasitələrlə erkən yaşda tanış olan uşaqlar üçün "rəqəmsal valideynlik"i tətbiq etməsinin vacibliyini vurğulayıb:
"Uşaqların rəqəmsal vasitələrlə erkən yaşda tanış olduqları nəzərə alınmaqla, valideynlərin onlayn mühitlərdə sərhədlər müəyyən etməklə onları təhlükəsiz saxlamaları vacibdir. Bundan əlavə, rəqəmsal pəhriz və rəqəmsal detoks kimi təcrübələr mövcuddur.
Telefonlarımızdan lazımsız bildirişləri və tətbiqləri silməklə, müntəzəm rəqəmsal fasilələr etməklə, ekran qarşısında vaxt məhdudlaşdırmaqla və rəqəmsal pəhriz və rəqəmsal detoks tətbiq etməklə zehni sağlamlığımızı qoruya bilərik".
Piyada hərəkət möcüzədir
Yeni tədqiqatlar göstərir ki, gündəlik piyada hərəkət hədəfi çəki itirmiş və ya pəhriz saxlayan şəxslərin çəkisinin bərpasının qarşısını almaqda mühüm rol oynaya bilər. Avropa Obezite Tədqiqatları Assosiasiyası tərəfindən dərc edilmiş tədqiqatın müəllifi Mərvan El Qoç bildirib ki, artıq çəkili insanların 80%-i 3-5 il ərzində itirdikləri çəkilərin bir hissəsini və ya hamısını bərpa edir.
Qoç əlavə edib ki, insanların çəkilərini qorumalarına kömək etmək üçün effektiv bir strategiyanın müəyyənləşməsi böyük klinik əhəmiyyət kəsb edir. Tədqiqatçılar vurğulayıblar ki, çəki azaltma proqramlarında gündəlik addım sayının artırılması tövsiyə olunsa da, müvafiq səviyyə ilə bağlı dəqiq bir fikir birliyi yoxdur.
Bu suala cavab axtaran komanda 4000 nəfəri təhlil edib. Tədqiqatda qidalanma məsləhətləri almaqla yanaşı, daha çox gəzmək və gündəlik addımlarını izləmək istənən 1987 nəfərlə yalnız pəhriz saxlayan 1771 nəfər müqayisə edilib.
Nəticələrə görə, orta gündəlik addım sayını 8454-ə çatdıranlar 4 kiloqram arıqlayıblar ki, bu da bədən çəkilərinin 4,39 faizinə bərabərdir. El Qoç bildirib ki, bu yanaşma həmçinin çəkinin geri qayıtmasının qarşısını almağa kömək edə bilər.
Nigar Abdullayeva
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin