Icma.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ-də Denverdən Kanadanın Edmonton şəhərinə gedən reysin sərnişinləri çox qeyri-adi bir hadisənin şahidi olublar. Belə ki, qalxışdan qısa müddət sonra "Boeing 737" təyyarəsinin mühərriki alışıb və bu, pilotları təcili enişə məcbur edib. Sonradan məlum olub kimi, yanğının səbəbi təyyarənin sağ mühərrikinin içinə hansısa yolla düşən dovşan olub.
Oxu.Az bu barədə "ABC News" telekanalına istinadla xəbər verir.
Bildirilir ki, hadisə vaxtı təyyarənin göyərtəsində 159 sərnişin olub.
Ekipajın peşəkarlığı sayəsində eniş uğurla həyata keçirilib və heç kim xəsarət almayıb. Təyyarə çıxış nöqtəsinə - Denver Beynəlxalq Hava Limanına geri qayıtmalı olub.