Döyülən birinci katiblə bağlı daha bir MƏHKƏMƏ QƏRARI

31.01.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhər Məhkəməsi Şahhüseynli Rəhman Eldar oğlu ikinci dəfə cərimələnib.

Lent.az-ın əldə dediyi məlumata görə, buna səbəb onun bir şəxsə borcu olduğu halda onu ödəməkdən yayınması olub.

Belə ki, Rəhman Şahhüseynli Ali Məhkəmənin 01 may 2024-cü il qətnaməsinə əsasən Qurban Qurbanov adlı şəxsə 12030 manat borcu olduğu halda onu ödəməkdən yayınıb. Bu səbəblə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə protokol tərtib olunub.

Sumqayıt şəhər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarı ilə R. Şahhüseynli ikinci dəfə 500 manat məbləğində cərimələnib.

Qeyd edək ki, Rəhman Şahhüseynli bu il yanvarın 7-də Suqmayıt şəhər Məhkəməsi tərəfindən 500 manat məbləğində cərimə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью