Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, TikTok-çu "Çevik” bir neçə nəfər tərəfindən döyülüb.
Baş vermiş hadisə ilə bağlı TƏBİB AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, Məqsəd Bağırova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
TƏBİB-dən bildirilib ki, hadisə avqustun 31-də saat 17:00 radələrində baş verib. 1995-ci il təvəllüdlü Məqsəd Bağırov Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə "göz qapağı və göz yuvası nahiyəsinin əzilmiş yarası, başın açıq yarası” diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Şahanə Ziyad