Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Şəmkir rayonunda ər-arvad arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 8-də baş verib. 2002-ci il təvəllüdlü Tahir həmin gün saat 14:00-da yaşadıqları evdə arvadı Maya (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında ailə-məişət münasibətləri zəminində yaranan mübahisə zamanı arvadını yumruqla vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını deyib.
Zərərçəkən də məhkəmə ifadəsində əri ilə barışdığını etirag edib. O, ərindən şikayətçi olmadığını, ona cəza təyin olunmamasını hakimdən xahiş edib.
Bu halları nəzərə alan hakim Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 8-də baş verib. 2002-ci il təvəllüdlü Tahir həmin gün saat 14:00-da yaşadıqları evdə arvadı Maya (adlar şərtidir – red.) ilə mübahisə edib.