Döyülərək öldürülən Elgünün atası danışdı Video

13.05.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Elgünün atası Baku TV-yə danışıb.

Mərhumun atasının sözlərinə görə, oğlu döyülərək tanınmaz hala salınıb.

“Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım tanınmaz halda idi. Universitetə hazırlaşırdı, bizim ümidimiz idi. Davakar uşaq deyildi, oxumağa meyilli, çox savadlı idi”, – deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью