Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Oğlum qız üstündə öldürülməyib”.
Bunu Mingəçevirdə tanışı tərəfindən döyülərək öldürülən 35 yaşlı Tural Bəhmənlinin anası Gülsəba Bəhmanova Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Vətən müharibəsinin iştirakçısı olan oğlu Tural 20 nömrəli məktəbdə gözətçi işləyirmiş. Ana deyir ki, hadisədən əvvəl oğlu bazarlıq edib evə gətirib:
“Daha sonra işə getdi. Arada zəng vurub hal-əhval tuturdu”.
Dediyinə görə, axşam saatlarında gəlini Turalın xəstəxanaya aparıldığnı bildirib:
“Dedilər Tural dalaşıb. Xəstəxanaya getdik. Amma...”
G.Bəhmənova hadisə ilə bağlı yayılan məlumatlara da aydınılıq gətirib:
“Eşitdim ki, deyirlər, guya onu öldürən adamın qızını istəyirmiş. Guya biz qızın evinə də getmişik, amma razılıq olmayıb. Yalandır. Tural bir dəfə evdə o qızı istədiyini dedi. Amma bildirdim kİ. qız uşaqdı, 18-19 yaşı var. Oğlum isə 34 yaşındadı”.
Ana oğlunun Rusiyaya getmək istədiyini də deyib:
“Deyirdi, evimizin, işimizin vəziyyəti yaxşı deyil, gedim işləyim, sonra həyatımı quraram. Deyirdi ki, hələ qız barədə düşünmürəm. Başqa nə problem olubsa, bilmirəm”.
Murad İsmayıl