Döyüş lazeri sınaqdan keçirildi İLK DƏFƏ

27.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisində ilk dəfə döyüş lazeri sınağı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın Hərbi Dəniz Qüvvələrinin rəsmi nəşri “Cols Bleus” məlumat yayıb.

Sistemin adı açıqlanmasa da, TASS bunun “Helma-P” lazer sistemi ola biləcəyini ehtimal edir.

Bu sistem 2023-cü ildə Fransanın “Forbin” freqatında da sınaqdan keçirilib. Həmin vaxt “Helma-P” 25 kiloqrama qədər uçuş çəkisi olan pilotsuz uçuş aparatlarını məhv etmək qabiliyyətini nümayiş etdirib.

İstehsalçının məlumatına görə, sistemin təsir məsafəsi 1 kilometrə çatır.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью