Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəhidin anım günü tədbiri müəllimlərinin onun haqqında məlumat verməsi ilə başladı. Ardınca şagirdlər şeirlər söylədi, tamaşalar göstərdi. Bir kənardan tədbiri izləyərkən düşündüm. Elə insanlar var ki, heç vaxt unudulmur. İlkin bu məktəbi 2008-ci ildə bitirib. Aradan 17 il keçib, bu məktəbdə bəlkə də minlərlə uşaq orta təhsilini başa vurub. Bu gün onlardan yalnız İlkinin adı bu divarlar arasında səslənir.