Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikalı boksçunun saçları döyüş zamanı yumruq zərbələrindən sonra qopub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kinqsli İbe tərəfindən yumruq zərbəsi aldıqdan sonra Carrell Miller başındakı parikini itirib.
Miller sonda İbeni hakimlərin qərarı ilə məğlub edbi: qələbənin qeyd edilməsi zamanı o, parikini cırıb tribunaya atıb - qızlardan biri onu başına qoyub.
Miller özü döyüşdən bir neçə gün əvvəl saçlarının töküldüyünü söyləyib: o, şampun əvəzinə anasının məişət təmizləyici vasitələrini başına tökübmüş.