Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi

01.04.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nigeriyalı boksçu Qabriel Oluvasequn Olanrevaju dünyasını dəyişib.

QOL.az xəbər verir ki, bu barədə Qana Boks Təşkilatı məlumat yayıb.

İdmançı Qanada Con Mbanuqu ilə döyüş keçirib və bu qarşıdurma zamanı huşunu itirib. Olanrevaju xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Qabriel Oluvasequn Olanrevaju karyerası ərzində 13 qələbə (12-si nokautla) qazanıb, 8 dəfə uduzub, 2 dəfə heç-heçə edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью