Dözümlü xalqıma heykəl qoyulsun Günün şeiri

27.05.2025

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün Xalq şairi Söhrab Tahirin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsi çərçivəsində onun "Öləndə" adlı şeirini təqdim edir.

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın,
Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə,
Xalq birləşəndə,
Mən də öz qəbrimdən boylanacağam.

İsmayıl Şıxlı ilə keçən yay - Qorxmaz Şıxalıoğlu Əməkdar artistin bu ölkəyə girişinə qadağa qoyuldu Xaçmazda ədəbi hadisə - “Ulduzlar” - 65
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью