Dözümlü xalqıma heykəl qoyulsun Günün şeiri

04.06.2025

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Xalq şairi Söhrab Tahirin anım günüdür. Kulis.az bu münasibətlə onun "Öləndə" adlı şeirini təqdim edir.

Öləndə…

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın,
Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə,
Xalq birləşəndə,
Mən də öz qəbrimdən boylanacağam.

Daşdan-daşa dəydi başım o zaman - Günün şeiri Mingəçevirdə kino günləri yekunlaşıb Xəsis tacirlər, fırıldaqçı din xadimləri... - Xalq Rəssamının gözüylə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью