Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov və komitənin kollektivi Fəxri xiyabanı ziyarət edib.
"Report" xəbər verir ki, ziyarətdə komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi də iştirak edib.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ili ilə əlaqədar onun məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bizim Telegram kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.