“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı VİDEO

24.07.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayevanın yeni əməliyyat görüntüləri yayılıb.

“Yeni Sabah” xəbər verir ki, estetik əməliyyat zamanı otaqda olan digər şəxslər mahnı oxuyaraq xəstənin başı üstündə rəqs ediblər.

Görütülərdə özünü klinikanın meneceri kimi təqdim Fatimə Mahmudova da yer alıb.  pizza sifarişi

Sosial şəbəkələrdə yayılan video ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Gülbadə Abdullayeva (“Dr. Gülü”) rəsmi tibbi qurumların estetik cərrahlar reyestrində və siyahılarında yoxdur, çünki onun ali tibb təhsili, diplomu və lisenziyası mövcud deyil.

O, qanunsuz olaraq estetik və cərrahi əməliyyatlar (o cümlədən liposaksiya) həyata keçirdiyi üçün mediada yayılan şikayətlərə mövzu olub.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью