Dream Fest ziyarətçiləri festivala BELƏ GEDƏCƏKLƏR

22.07.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyulun 23-26-də Bakıda keçiriləcək "Dream Fest" Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar ayrılıb.

Bu barədə Modern.az-a AYNA-dan məlumat verilib.

Belə ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 17:00-dan 19:30-a qədər "Koroğlu" metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən "Sea Breeze"ə, saat 22:00 dan 00:00-dək isə geriyə daşınması ödənişsiz şəkildə təmin ediləcək.

"Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festival iştirakçıları və qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslarla həyata keçirmələri tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью