Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Məşhur repçi Dreyk dünya çempionatının finalına mərc edib.
Futbolpress.az xəbər verir ki, o, Argentinanın həlledici matçda İspaniyanı məğlub etməsinə 1.5 milyon dollar pul qoyub. Yekunda oyunun əsas vaxtı bərabərliklə başa çatıb və reper uduzub.
“Qırmız furiya” əlavə vaxtda Ferran Torresin vurduğu yeganə qolla qalib gəlib və dünya çempionu olub.
Dreyk 2022-ci ildə keçirilən mundialın finalında da Argentinanın əsas vaxtda Fransaya qalib gələcəyinə 1 milyon mərc etmiş və uduzmuşdu. Həmin görüşdə Argentina penaltilər seriyasında qalib olmuşdu.