Drift etməyə çalışan maşının salonunda YANĞIN BAŞ VERDİ VİDEO

24.04.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin İsparta vilayətində avtomobil həvəskarlarının iştirak etdiyi festivalda maraqlı, eyni zamanda təhlükəli anlar yaşanıb. Gökkubbe Sərgi və Konqres Mərkəzində “Modifikasiya edilmiş avtomobil və motosiklet həvəskarları maddə asılılığına qarşı birləşin” şüarı ilə təşkil edilən tədbirdə müxtəlif avtomobillərin drift şouları nümayiş olunub.

Avtosfer.az xəbər verir ki, tədbir zamanı drift edən “Tofaş” markalı avtomobil qəfildən alovlanıb. Yanğın baş verən zaman tamaşaçılar arasında qısa müddətli çaxnaşma yaşanıb. Sürücü dərhal avtomobili saxlayaraq, baqajdan götürdüyü yanğınsöndürən balon vasitəsilə alovu nəzarət altına alıb.

Yanğının daha da böyüməsinin qarşısı vaxtında alındığı üçün festivalda ciddi fəsadlar yaşanmayıb. Hadisənin ardından tədbir əvvəlki qaydasında davam etdirilib və avtomobil drift nümayişinə qaldığı yerdən davam edib.

Festival təşkilatçıları tərəfindən verilən açıqlamada, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğu və hansısa xəsarət alanın qeydə alınmadığı bildirilib.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью