Driskoll istefa verib

01.09.2026

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın ordu katibi yaxın günlərdə Pentaqondan ayrılacaq

ABŞ-ın ordu katibi Daniel Driskoll Pentaqon rəhbəri Pit Heqsetlə aylarla davam edən fikir ayrılıqlarından sonra istefa verib. AYNA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Driskoll yaxın günlərdə Pentaqondan ayrılacaq.

Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, o, Donald Trampın gündəliyini həyata keçirməkdə son dərəcə effektiv olub və tarixi hərbi əməliyyatlar zamanı liderlik nümayiş etdirib.

2025-ci ilin noyabr ayında Tramp Driskollu Ukraynadakı münaqişəni həll etmək üçün nümayəndə heyətinə daxil edib. 2026-cı ilin fevral ayında o, həmçinin Cenevrədə Moskva, Kiyev və Vaşinqton arasında üçtərəfli danışıqlarda iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью