GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Amur vilayətində, “Ukrainka” hərbi hava bazası yaxınlığında baş verən partlayış nəticəsində bir nəfər həlak olub. Partlayışın dron daşıdığı ehtimal edilən yük maşınında baş verdiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Hadisə yerindən yayımlanan videoda bir şəxsin konteynerə daxil olduğu və həmin anda güclü partlayışın baş verdiyi görünür. Məlumata görə, həmin şəxs hadisə nəticəsində həyatını itirib.
Hazırda hadisənin təfərrüatları rəsmi orqanlar tərəfindən araşdırılır. Partlayışın səbəbi və konteynerin dəqiq məzmunu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Aysel Əliyeva
Globalinfo.az