Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İran xarici işlər naziri Abbas Arakçı və küveytli həmkarı Şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə İran XİN-in yaydığı məlumatda deyilir.
Arakçı İranın əmirliyə edilən dron hücumu ilə bağlı Küveytlə birgə araşdırma aparmağa, mənbəyini və əlaqəli şəxsləri müəyyən etməyə hazır olduğunu bildirib.
O, həmçinin İranın Küveytə dron hücumu ilə bağlı ittihamları qəti şəkildə rədd edib və ölkəsinin hadisə ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.