Dron hücumu “Yandex”i çökdürdü

13.10.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ukraynanın Rusiyadakı “Yandex” məlumat mərkəzlərinə dron hücumları nəticəsində şirkətin süni intellekt və bulud xidmətlərində fasilələr yaranıb.

“Bakupost” xəbər verir ki, son günlər üç məlumat mərkəzi hədəfə alınıb, onlardan biri tamamilə sıradan çıxıb.

Hücumlar nəticəsində “Yandex”in ən azı 84 xidmətində problem yaranıb. “Alice” səsli köməkçisi, “Yandex Music” və “Telemost” da təsirlənən xidmətlər arasındadır. Şirkətin süni intellekt modellərinin hazırlanmasında istifadə olunan superkompüterlərdən ikisinin də hücumlardan təsirlənə biləcəyi bildirilir.

Fasilələr bəzi bank, nəqliyyat və alış-veriş tətbiqlərinə də təsir edib. Xidmətlərin nə vaxt tam bərpa olunacağı məlum deyil.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью