Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
İstanbuldan Sankt-Peterburqa uçan təyyarə Rusiya şəhərinə dron hücumundan sonra Finlandiya paytaxtının hava limanına planlaşdırılmamış eniş edib.
Gununsesi.info xəbər verir ki, pilotsuz uçuş aparatlarının (PUA) hücumları riski səbəbindən Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər qoyulub.
Türk Hava Yollarına məxsus təyyarə Helsinki-Vantaa hava limanına eniş etmək məcburiyyətində qalıb.
Məlumatda qeyd olunur ki, “yanacaq doldurduqdan sonra təyyarə İstanbula geri qayıdıb”.
Qeyd edək ki, 27 noyabr gecəsi Sankt-Peterburq və Leninqrad vilayəti dron hücumlarına məruz qalıb.
Şəhər administrasiyasının mətbuat xidməti 45 dronun məhv edildiyini bildirib.
Maqsud