Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan qazının ötürüldüyü Rusiyanın “Orenburq” qaz emalı zavoduna pilotsuz uçuş aparatları vasitəsilə olunan hücum ölkə daxilində yanacaq təchizatına təsir etməyib.
"Unikal" “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın Energetika Nazirliyi vəziyyətin nəzarət altında olduğunu bəyan edib.
Nazirlikdən verilən məlumata görə, müəssisə müvəqqəti olaraq Karaçaqanak yatağından xam qazın qəbulunu dayandırıb.
“Qazaxıstanın qaz təchizatına bu hadisə təsir etməyib. Zavodun zədələnməsinin xarakteri və fəaliyyətinin bərpa müddəti barədə hələlik Rusiya
Daxili istehlakçılara qaz tədarükü məhdudiyyətsiz, normal rejimdə həyata keçirilir”, – deyə energetika nazirinin müşaviri Asel Serikpayeva b
Qurumdan qeyd olunub ki, Karaçaqanak xammalının emalına və hasilata mümkün təsirlərlə bağlı məsələlər araşdırılır.
Mümkün itkilərin qiymətləndirilməsi və növbəti addımlar barədə əlavə məlumat veriləcək.