Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Litvada pilotsuz uçuş aparatı səbəbindən hava hücumu xəbərdarlığı elan edilib və NATO qırıcı təyyarələri havaya qaldırılıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Milli Böhranların İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas LRT-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Kaunas, Panevejis və Şiaulyay qraflıqlarında hava hücumu xəbərdarlığı elan olunub. Sakinlərə sığınacaqlara getmək tövsiyə edilib.
Vitkauskas qeyd edib ki, Litvanın Zoknyai Hava Bazasından NATO qırıcıları havaya qaldırılıb. Radarlar naməlum obyekt aşkarlayıb. Onun sözlərinə görə, obyektlə vizual əlaqə qurulduqdan sonra onu məhv etmək mümkün ola bilər.
Hadisə ilə əlaqədar Kaunas Beynəlxalq Aeroportunun fəaliyyəti dayandırılıb.
Xəbərdarlıq elan edildikdən təxminən bir saat sonra həyəcan siqnalı ləğv olunub. Litva hakimiyyətinin məlumatına görə, obyekt Latviyaya doğru hərəkət edib.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin