Dronda yeni sürət rekordu

22.10.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın “Quantum Systems” texnologiya şirkəti elektrikli dronlarda yeni sürət rekorduna nail olub. 

Avtosfer.az xəbər verir ki, “Apex Recordhunter” dronu sınaq zamanı 777 km/saat sürətlə hərəkət edə bilib.

Dron həm də verttikal qalxıb-enmə xüsusiyyətinə malikdir. Helikopter kimi havaya qalxan dron sonra təyyarə rejimində hərəkət edir. 

Bununla belə, şirkət rekordunu rəsmiləşdirə bilməyib.

Rəsmi qurumlar rekord üçün dronun 2 istiqamətə gedib-qayıtmasını şərt kimi irəli sürüblər. Bununla belə, əldə edilmiş nəticə elektrikli dronların perspektivinin böyük olduğunu göstərir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью