Dronlar Başqırdıstandakı əsas neft kimya zavodunu vurub

07.11.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) uzaqmənzilli dronları Sterlitamak Neft-Kimya Zavoduna (SNKhZ) zərbələr endiriblər.
Reyting.az
xəbər verir ki, Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, zavod Başqırdıstanda yerləşir və Rusiyanın əsas neft-kimya zavodlarından biridir.
Zavod Rusiya ordusu və hərbi-sənaye kompleksi üçün məhsullar, xüsusən də ionol, aviasiya benzini və sintetik polimerlər istehsal edir.
“Neft-kimya zavoduna zərbə nəticəsində aviasiya yanacağı əlavəsi olan aqidol istehsal edən emalatxanada yanğın baş verib”, - deyə bildirilir.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью