Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Astra" məlumat yayıb, hücum regional hakimiyyət tərəfindən də təsdiq edilib. Zərbə, yerli sakinlər tərəfindən çəkilən yanğın görüntüləri ilə də təsdiqlənib.
"Gece saatlarında Orlov vilayəti yenidən PUA hücumuna məruz qaldı və nəticədə Livni rayonundakı yanacaq-energetika kompleksində yanğın baş verdi", - deyə regionun qubernatoru Andrey Kličkov bildirib.
Onun sözlərinə görə, xəsarət alan olmayıb və hadisə yerində müvafiq tədbirlər həyata keçirilib.
Qeyd edək ki, Ukrayna mətbuatının daha əvvəl verdiyi məlumata görə, 29 noyabr tarixində Ukrayna Təhlükəsizlik Xidmətinin "Sea Baby" dəniz dronları Qara dənizdə Rusiyaya məxsus iki sanksiyaya məruz qalmış neft tankeri olan "KAIRO" və "VIRAT"a zərbə endirib. Bu tankerlər Rusiyanın "kölgə donanmasına" aiddir. Hücum zamanı bu tankerlər boş olub və Novorossiysk limanına yükləməyə götürmək üçün yola çıxıblarmış.
Bu, Ukrayna Hərbi Kəşfiyyatının 13-cü Baş İdarəsinin və Ukrayna Dəniz Qüvvələrinin birgə əməliyyatı olub. Zərbələr nəticəsində hər iki tanker ciddi zədələr alıb və faktiki olaraq istismardan çıxarılıb. Bu, Rusiyanın neft nəqliyyatına ciddi təsir göstərəcək.
25 noyabrda isə Rusiyanın Krasnodar vilayətində yerləşən Novorossiysk limanına bir sıra hərbi və logistika obyektləri zərbəyə məruz qalıb. Bu liman, Rusiyanın ən böyük ikinci neft ixrac mərkəzidir və Rusiyanın Qara dəniz donanmasının əsas bazasıdır.
Hücum nəticəsində neft terminalının infrastrukturuna (neft tökmə stendləri və manifoldlar), eləcə də "S-300" və "S-400" hava hücumundan müdafiə sistemlərinin mövqelərinə zərbə dəyməsi qeydə alınıb.
Qadir, Bizimyol.info