Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Dronlar Sankt-Peterburq yaxınlığındakı Wildberries anbarına hücum etdi; hücum nəticəsində böyük yanğın baş verdi
Yerli qubernator bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri "50 dron vurub", lakin bölgədəki yanğınlar barədə şərh verməyib.
Rusiyanın Sankt-Peterburq və Tver şəhərləri 24 iyul gecəsi böyük dron hücumuna məruz qalıb. Hücum nəticəsində ən azı bir Wildberries anbarında böyük yanğın baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə Telegram-dakı müstəqil Rusiya nəşri Astra, eləcə də Telegram-ın Exilenova+ və Supernova+ monitorinq kanalları məlumat yayıb.
Saat 2:30-da Tver və ətraf bölgədən görüntülər ictimai qruplarda peyda oldu. Şahidlər şəhərdə yanğın hadisəsini qeydə alıblar. OSINT ictimaiyyəti yerli Wildberries anbarına zərbə endirilmiş ola biləcəyini ehtimal edir.
Saat 3:30-da dronlar Sankt-Peterburq səmasında görünüblər. Daha sonra şəhərin yaxınlığındakı Wildberries anbarına hücum edən dronların görüntüləri ortaya çıxıb. Bu hücum nəticəsində böyük yanğın baş verib.
Rusiya Telegram kanalları WB-yə Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novosaratovka kəndində hücum edildiyini dəqiqləşdirib. Sankt-Peterburqun inzibati sərhədindən kənarda yerləşsə də, tez-tez "Wildberries Sankt-Peterburq anbarı" adlandırılır.
"Diqqət, Xəbərlər" Telegram kanalı bildirir ki, Wildberries də daxil olmaqla, anbarların yerləşdiyi Utkina Zavod sənaye zonasına hücum edilib.
Əziz Mustafa