Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10.07.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tənzimləyəcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı "Aviasiya haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Belə ki, layihə "Çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydaları"nın qəbul edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью