Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək

02.04.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək

“Çelsi”nin sabiq hücumçusu Didye Drobqa İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamalı dəstəkləyib.

QOL.az xəbər verir ki, Yamal İspaniya – Misir yoxlama oyunundan (0:0) sonra açıqlama verərək, milli komandanın azarkeşlərinin müsəlmanlara qarşı səsləndirdiyi şüarları tənqid etmişdi.

Droqba sosial şəbəkədə Yamalın paylaşımına şərh yazaraq, “Öz mədəniyyətiniz və kim olduğunuzla hər zaman fəxr edin” sözlərini qeyd edib.

Xaırtladaq ki, martın 31-də keçirilmiş İspaniya - Misir yoxlama oyunu zamanı ispan azarkeşlərin yer aldığı bir  tribunadan “Kim tullanmasa, müsəlmandır” şüarı səslənib. Bu isə haqlı narazılıqlara səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью