Dr.Sədi Allahverdiyev beynəlxalq konfransda təqdimatla çıxış edib

18.08.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Dr. Sədi Allahverdiyev 15-16 avqust 2025-ci il tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində keçirilən “Sərhədsiz Ginekologiya” 10-cu Yubiley Beynəlxalq Konfransında məruzəçi qismində iştirak edib. Konfransda Dr.Sədi Allahverdiyev “Uşaqlıq miomalarının cərrahi müalicəsi sonrası hamiləlik nəticələri” mövzusunda çıxış edərək konfrans iştirakçılarına əməliyyat sonrası hamiləlik nəticələri, risk faktorları və klinik təcrübələr əsasında ətraflı məlumat verib və sual-cavab sessiyasında iştirakçılarla interaktiv müzakirələr aparıb. Həmçinin, konfransda Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Mehriban Əmirova iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью