“Drujba”nın təmiri başa çatıb” Zelenski

21.04.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski “Drujba” neft kəmərinin bir hissəsində təmir işlərinin başa çatdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda teleqramda bildirib.

“Avropa İttifaqı ilə kommunikasiyalarda razılaşdırıldığı kimi, Ukrayna “Drujba” kəmərinin Rusiyanın zərbəsi nəticəsində zədələnmiş hissəsinin təmirini başa çatdırıb. Kəmər fəaliyyətini bərpa edə bilər”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, yanvarın 27-də kəmərin cənub qolu ilə nəqllər dayandırılıb. Kiyev bunu infrastrukturun Rusiyanın zərbələri nəticəsində dəymiş ziyanla əlaqələndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью