Druzlarla hökumət qüvvələri arasında toqquşma Video

29.04.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Suriyanın cənubunda druzlarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Belə ki, yerli druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi müsəlmanların hiddətinə səbəb olub və nəticədə bölgədə gərginlik yaranıb. Hökumət qüvvələri isə druzlarla suriyalı ərəblər arasında başlamış qarşıdurmanı yatırmaq məqsədilə ölkənin cənubuna göndərilib.

Lakin bundan hiddətlənən druzlar ordu bölmələrinə atəş açıblar. Silahlı toqquşmalar nəticəsində hər iki tərəfdən ölənlərin olduğu bildirilir. Hələlik Suriya rəsmiləri insidenti şərh etməyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью