DSMF: 10 ayda sosial sığorta haqları üzrə daxilolmalar 5,8 faiz artıb

06.11.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bu ilin yanvar-oktyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 311,3 milyon manat və ya 5,8 % artım qeydə alınıb.

525.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 109,1 milyon manat və ya 6,3 %, qeyri-büdcə təşkilatları üzrə isə 340,8 milyon manat və ya 9,7 % artımla olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью