DSMF 4 ədəd pikap tipli avtomobil alır 227 min manat ödəniləcək

12.11.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Yenimotor” MMC-dən 2024-2025-ci il istehsalı olan 4 ədəd yolsuzluq tipli (pikap) minik avtomobili alır.
Yeniavaz.com
 xəbər verir ki, ümumi dəyəri 227 min 120 manat olan avtomobillərinin satın alınması ilə bağlı tender müsabiqəsi 11 noyabr 2025-ci il tarixində yekunlaşıb.
Bildirilir ki, satın alınacaq avtomobillər 2400 sm³ mühərrik həcminə sahib olacaq.
Qeyd edək ki, “Yenimotor” MMC (VÖEN – 1400531391) “Honda” markalı avtomobillərin satışı ilə məşğul olan şirkət kimi tanınır. Daha əvvəl nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi də bu şirkətdən 305 min manata 5 ədəd pikap tipli avtomobil satın alıb.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью