DSMF 7 ayda 135 minə yaxın elektron arayış verib

06.08.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar–iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 134 651 elektron arayış alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Məlumata görə, bu arayışların 63 342-si pensiya, 31 098-i müavinət və təqaüd, 27 394-ü fərdi şəxsi hesab, 4 647-si ünvanlı dövlət sosial yardımı, 1 389-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 527-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 5 254-ü əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью