DSMF ABB ilə 23,6 milyon manatlıq müqavilə imzalayıb

03.04.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi “Azərbaycan Beynəlxalq Bankı” ASC (VÖEN - 9900001881) olub.
Yeniavaz.com
xəbər verir ki, DSMF-də əmək haqlarının, eləcə də DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasına görə ABB-yə 23 milyon 573 min 3 manat 90 qəpik ödəniləcək.
Qeyd edək ki, göstəriləcək xidmətlər bu ilin aprel-dekabr aylarını əhatə edəcək.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью