DSMF Almaz Hüseynovaya ödədiyi kirayə haqqını artırıb

27.11.2026

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi tender müsabiqəsinin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub.
Yeniavaz.com
xəbər verir ki, DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına görə Almaz Hüseynovaya 320 min 600 manat (10 aylıq icarə haqqı) ödəyəcək.
Məlumat üçün qeyd edək ki, 2290 kv. metr qeyri-yaşayış sahəsi üçün DSMF ayda 32 min 60 manat ödəyəcək.
Onu da bildirək ki, DSMF son 4 ildir Almaz Hüseynovadan ofis icarəyə götürür. 2022-ci ildə aylıq icarə haqqı 26 min 745 manat, 2023-2026-cı illərdə isə 27 min 390 manat olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, DSMF növbəti il üçün Almaz Hüseynovaya daha çox kirayə haqqı ödəyəcək.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью