DSMF BSTA nın daha bir Mükəmməllik Sertifikatına layiq görülüb

23.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) daha bir Mükəmməllik Sertifikatına layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, BSTA-nın 133-cü iclasında iştirak etmək üçün İsveçrənın Cenevrə şəhərində səfərdə olan DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevin assosiasiyanın prezidenti Mohammed Azman və baş katibi Marselo Abi-Ramia Kaetano ilə görüşü zamanı sertifikat ona təqdim edilib.

Fondun fəaliyyət sahələrində son ilər aparılan sosial islahatların uğurlu nəticələri müstəqil ekspertlər tərəfindən təhlil olunaraq yüksək qiymətləndirilib.

Təqdim edilən sertifikat da fondun risklərin effektiv idarəedilməsi, ictimai etimadın doğruldulması sahəsində fəaliyyətinin, göstərdiyi xidmətlərin sosial təminat üzrə dünya standartlarına tam uyğunluğunu sübut edir.

Bu mükafat son beş ildə DSMF-nin layiq görüldüyü 83-cü beynəlxalq mükafatdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью