DSMF: Bu ilin 10 ayında 113 min 115 elektron arayış alınıb

07.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 noyabr. AZƏRTAC

Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 113 min 115 elektron arayış alınıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, alınan arayışların 42 min 581-i pensiya, 33 min 800-ü müavinət və təqaüd, 25 min 608-i fərdi şəxsi hesab, 4 min 876-sı ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 1 006-sı ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 798-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 3 min 441-i əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью