DSMF də ötən ay 45 mindən çox vətəndaş müraciəti qeydə alınıb

13.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 fevral, AZƏRTAC

Bu ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 min 284 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərdən 15 min 519-u pensiya, 12 min 220-si müavinət, 1631-i Prezident təqaüdü, 8 241-i ünvanlı dövlət sosial yardımı, 1 668-i fərdi uçot və sosial sığorta, 121-i dövlət icbari şəxsi sığorta və 5884-ü isə digər istiqamətlərlə bağlı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью