Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF
Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.
Sənəddə deyilir ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya kapitalı fərdi şəxsi hesabın sığorta və yığım hissəsində toplanan vəsaitlərə əsaslanır.
Bu səbəbdən də, ödənilmiş sosial sığorta haqlarının düzgün uçotu və hesabatlılığı gələcək pensiya təminatının maliyyə bazasını formalaşdırır.
Audit zamanı müəyyən edilib ki, aidiyyəti dövrlərdə sığortaedənlərin Fondun xəzinə hesablarına ödədiyi 117,4 milyon manat sosial sığorta haqqı, hesabatların təqdim olunmamasına görə sığortaolunanların fərdi şəxsi hesablarında əksini tapmayıb.
Bu hal gələcəkdə vətəndaşların pensiya hüquqlarının formalaşmasında sosial sığorta stajının və ya pensiya kapitalının kifayət etməməsinə, hətta bəzi hallarda pensiya hüququndan məhrum olmalarına səbəb ola bilər.
Sığorta haqlarının fərdi hesabda əks olunmaması iki dövr üzrə qruplaşdırılıb: - 2006–2016-cı illər üzrə yaranmış qalıqlar əsasən sığortaedənlərin təqdim etdiyi B3 formalarında sosial sığorta nömrəsinin qeyd olunmaması və ya ümumiyyətlə hesabatın təqdim edilməməsi ilə bağlı olub; - 2017-ci ildən sonra isə əsas problem hesabatların ümumiyyətlə təqdim olunmaması olub.
Bu dövrdə formalaşan qalıq məbləğinin artımı müşahidə edilib.