Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 100 min 506 elektron arayış alınıb.
Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin arayışların 37 min 65-i pensiya, 30 min 463-ü müavinət və təqaüd, 22 min 998-i fərdi şəxsi hesab, 4 min 451-i ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 925-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 644-ü sağlamlıq imkanları məhdud olan uşaqlar, 2 min 955-i əlilliyi olan şəxslərə qulluqla bağlı olub.