DSMF məhkəməyə verildi

29.01.2025

Icma.az bildirir, Tribuna portalına istinadən.

Dövlət Sosial Müdafiə Fondu məhkəməyə verilib.

Tribuninfo.az xəbər verir ki, fondla bağlı iddianı Vəliyev Cahangir Qərib oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. İddiaçı pensiya təminatı ilə bağlı məhkəməyə müraciət edib.

İş Bakı İnzibati Məhkəməsindədir. 23 mart tarixində hakim Tural Məlikovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Qabil oğlu Məmişovdur.

Gülşən

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью